12px13px15px17px
Tarix:07/01/13

İran sosial şəbəkələrə nəzarət etmək üçün proqram yaradır

İran polisinin rəhbərinin verdiyi məlumata əsasən, İran İslam Respublikası sosial şəbəkə saytlarına nəzarət üçün yeni proqram təminatı hazırlayır. İsmail Əhmədi Moqadam bildirib ki, yeni proqram təminatı İran vətəndaşlarının zərərli onlayn məzmundan uzaq saxlanılmasına və internetin üstünlüklərindən istifadə etməsinə imkan yaradacaq".

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, o, İranın bir sıra kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində, həmçinin qeyd edib ki, hazırda ölkə ərazisində internetdən istifadəyə nəzarət edən hökumət agentliyi uğurla fəaliyyət göstərir.

Moqadam yeni proqram təminatının çıxarılma tarixi və hansı saytları təhlil edəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, hazırda İranda "Facebook" və "Twitter" ən məşhur sosial şəbəkələrdir.

Emil Hüseynov



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024