12px13px15px17px
Tarix:07/01/13

7 düymlü uşaq planşeti istehsal edilib

"Polaroid" şirkəti uşaqlar üçün nəzərdə tutulmuş planşet istehsal edib. Şirkət cihazın daxili komponentlərini mümkün ola biləcək zədə və yerə düşmələrdən qorumaq üçün onu möhkəm korpusda hazırlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, cihaz sensor dəstəkli 800x480 nöqtə təsvir ölçüsünə malik 7 düymlü ekran, 1 QHs takt tezlikli "CORTEX-A8" prosessoru, 512 MB əməli yaddaş, 8 QB fləş-yaddaş və "SD" formatlı yaddaş kartlarının quraşdırılması üçün slotla təchiz edilib. Bu model əlavə olaraq 2 meqapikselli kamera, "Wi-Fi 802.11 b/g/n" simsiz rabitə modulu, 3500 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.

Qurğuya "Android 4.0" (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb. Valideyn nəzarəti funksiyası əlçatandır. "Polaroid"in uşaqlar üçün nəzərdə tutulmuş planşeti "CES 2013" sərgisində təqdim ediləcək. Cihazı artıq istehsalçının saytında təxminən 15 dollar qiymətinə sifariş etmək mümkündür.



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024