12px13px15px17px
Tarix:08/01/13

“Wikipedia” onlayn-ensiklopediyada ingilisdilli müəlliflər azalır

"American Behavioral Scientist" elmi jurnalının məlumatına əsasən, "Wikipedia" onlayn-ensiklopediyada ingilis dilində məqalə yazan müəlliflərin sayı azalmağa doğru gedir.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, Minnesota Universitetində çalışan Ayron Halfakerin məlumatına əsasən, 2007-ci ildə "Wikipedia"da 56 min ingilisdilli məqalə müəllifi olduğu halda, 2012-ci ildə onların sayı 35 min təşkil edib.

Ehtimal ki, buna səbəb məqalə yaratmaq prosedurunun mürəkkəbləşməsi və mövcud məqalələrə düzəlişlərin edilməsidir. Buna baxmayaraq, "Wikipedia" dünyada ən böyük onlayn-ensiklopediyadır. Layihə dünyanın 285 dilində 23 milyondan çox məqalədən ibarətdir.

Emil Hüseynov



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024