12px13px15px17px
Tarix:09/01/13

Prezident yanında Elmin İnkişafı Fondu 2013-cü il üçün 1-ci “Mobillik qrantı”nı elan edib

Prezident yanında Elmin İnkişafı Fondu Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilә məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq vә onlara xaricdə elmi tədbirlərdə vә qısamüddәtli tәcrübәkeçmәdә iştirak, Azərbaycanda alınmış elmi nәticәlәrin tanıdılması, tәcrübә mübadilәsi vә yeni әlaqәlәrin qurulması imkanı yaratmaq məqsədilə qrantların verilməsi üzrә 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən fonddan bildirilib ki, müsabiqə çərçivəsində kiçik (10 000 manatadәk) maliyyә hәcmli qrantların verilmәsi yolu ilә XETİ (Xaricdə elmi tədbirdə iştirak-Azərbaycandan olan alim vә mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tәdbirlәrdә elmi mәruzәlәrlә iştirakının qismən vә ya tam şәkildә maliyyәlәşdirilmәklә tәmin edilmәsi) və QMTK (Qısamüddətli təcrübəkeçmə - Azərbaycandan olan alim vә mütәxәssislәrin xaricdə qısamüddәtli tәcrübәkeçmә proqramlarında iştirakının qismәn vә ya tam şәkildә maliyyәlәşdirilmәklә tәmin edilmәsi) kimi xüsusi layihələr dəstəklənəcək.

Adıçəkilən xüsusi layihələr (XETİ vә QMTK) “Mobillik qrantı” adı altında birlәşdirilib vә təqvim ilindә 3 dәfәyәdәk keçirilmәsi nəzərdə tutulub. Bu müsabiqə çәrçivәsindә qrant maliyyәlәşdirilmәsinin həcmi cəmi 100 000 manat nəzərdə tutulub.

Cari müsabiqəyə yalnız 20 mart – 10 iyul 2013-cü il tarixlәri arasında xaricdә keçirilәn beynәlxalq elmi tәdbirlәrdә vә qısamüddәtli elmi tәcrübәkeçmә proqramlarında iştirak etmәk istәyәn şәxslәr әrizәlәrini tәqdim edә bilәrlәr. “Mobillik qrantı” müsabiqәsindә iştirak etmәk istәyәn iddiaçılar üçün elmi dәrәcә vә elmi ad, yaş vә s. kimi mәhdudiyyәtlәr qoyulmur.

Qrantların verilmәsi üzrә müsabiqәdә iştirak etmәk üçün әrizә vә müvafiq sәnәdlәr (Microsoft Word formatında) Elmin İnkişafı Fondunun İnternet saytının (http://sdf.gov.az/qrant/senedler/index.html) “Qrant müsabiqәlәri” bölmәsindәn әldә edilә bilәr.

Qeyd edək ki, 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqәsi üzrә məsləhət seminarları da keçiriləcək. Seminarların keçirilmәsindә mәqsәd qrant iddiaçılarına müsabiqәyә tәqdim olunacaq layihәlәrin tәrtibatı üzrә mәslәhәtlәrin verilmәsi, ortaya çıxan sualların cavablandırılmasıdır.

Müsabiqәdә iştirak etmәk üçün әrizәlәr, әrizәyә әlavә olunan müvafiq sәnәdlәr vә digәr müşayiәtedici materiallar artıq 8 yanvar tarixindәn başlayaraq qәbul olunur. Müsabiqәdә iştirak etmәk üçün әrizәlәrin, әrizәyә әlavә olunan müvafiq sәnәdlәrin vә digәr müşayiәtedici materialların qәbulu üçün son tarix 8 fevral 2013-cü ildir.

HƏQİQƏT



Baxış sayı: 1293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024