12px13px15px17px
Tarix:09/01/13

Arıqlamaq istəyirsiniz?

“HAPILABS” şirkətinin yaratdığı "ağıllı" çəngəl arıqlamağınıza kömək edəcək. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, "ağıllı" çəngəl qida qəbuluna nəzarət edir və həddindən çox qida qəbul etdikdə bu barədə xəbərdarlıq edir. “HAPIfork” çəngəli datçiklərlə təchiz edilib. Datçiklər çəngəlin sahibinin ağız boşluğuna hansı sürət və tezliklə aparılmasını müəyyənləşdirir. “Ağıllı” çəngəl sizin normadan artıq qida qəbul etdiyinizi hiss edən kimi titrəməyə başlayır.

“HAPIfork” yemək vərdişləriniz haqqında məlumatları “ağıllı” telefon və ya kompüterə ötürür. Cihaz, həmçinin arıqlama prosesinə nəzarət edərək sizə bu istiqamətdə hər hansı irəliləyiş olub-olmadığı haqqında bildirəcək.

Bundan başqa, proqram, həmçinin sizə öz arıqlama planınızı tərtib etməkdə yardımçı olacaq. Öz nəticələrinizi, hətta istənilən sosial şəbəkədə paylaşa bilərsiniz (müəyyən sazlamaları etməklə çəngəl bu prosesi avtomatik şəkildə həyata keçirə bilər). “HAPIfork” çəngəlinin USB kabellə versiyası 100 dollara başa gələcək. Simsiz versiya isə 2014-cü ildən tez satışa çıxarılmayacaq.

Emil Hüseynov



Baxış sayı: 1096

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024