12px13px15px17px
Tarix:10/01/13

RƏY: “Gənclərin kompüter oyunlarından istifadə edərək qayğılardan canlarını qurtarmağa çalışırlar”

Kompüter oyunları bir çox gəncin və məktəb şagirdlərinin meyil etdiyi əyləncələrdəndir. Psixoloq Dəyanət Rzayev deyir ki, gənclərin bu cür vaxt keçirməsi təbii haldır. Onun fikrinə görə, onlar asudə vaxtlarını çeşidli oyunlara sərf etməklə günün qayğısından canlarını qurtarmağa çalışırlar.

Getdikcə də kompüterə aludə olurlar və bu oyunlar onlar üçün daimi əyləncəyə çevrilir. "Artıq əsrimiz internet əsri olduğu üçün bu normaldır. Ancaq burada həddən artıq vaxt keçirmək gənclər üçün böyük təhlükələr yarada bilər".

Psixoloqun sözlərinə görə, hər bir kəsin davranış modulu var. Bu isə artıq o modulda şüuraltı vərdişə çevrilir: "Belə ki, müasir gənclərdə əsasən kriminal tipli kompüter oyunlarına maraq güclü olduğu üçün onlar daha çox bu tipli oyunlara can atırlar. Elə bunun nəticəsidir ki, artıq günümüzdə baş verən kriminal tipli hadisələr insanda ifrat heyrət doğurmur".

Psixoloq gənclərin bu cür xoşagəlməz hadisələrə meyilli olmasında bu tip oyunların rolunu istisna etmir. D.Rzayev həmçinin deyir ki, həddindən artıq çox kompüter oyunları oynayan yeniyetmə və gənclərdə psixoloji problemlərin yaranmasının əsas səbəbi burada real həyatı virtual aləmin əvəzləməsidir: "Gənclər ən çox bir saat həvəslə oynayırlar. Bir saatdan sonra isə artıq əsəb gərginliyi yaranır. Bu da insanlarla ünsiyyətdə problem yaradır".

D.Rzayev vurğulayıb ki, belə gənclər həmişə öz daxili aləminə qapılırlar. Psixoloqun fikrincə, problemdən çıxış yolu gənclərin maariflənməsindədir: "Onlar bu vərdişi təbii ki, birdən-birə yox edə bilməzlər. Ancaq hər gün oyunlara daha az vaxt sərf etməklə və bunun yerinə kitab oxumaq, açıq havada gəzmək və digər əlverişli məşğuliyyətlərlə buna nail olmaq olar. Əks təqdirdə, kompüter oyunları, xüsusən döyüş səhnələrinin yer aldığı oyunlar yetkinlik yaşına çatmayan gənclərin tərbiyəsinə mənfi təsir göstərə bilər".

RƏVAN



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024