12px13px15px17px
Tarix:10/01/13

Ağstafada genişzolaqlı internet abunəçilərinin sayı artır

Ağstafada genişzolaqlı internet abunəçilərinin sayı artmaqda davam edir. Bu barədə məlumat verən Ağstafa Telekommunikasiya Qovşağının rəisi Mirəsgər Mahmudov "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, ötən il 360 nəfər internet istifadəçisi olduğu halda, hazırda 1.200 nəfərdən çox sakin sürətli internetdən istifadə edir.

"Əvvəllər genişzolaqlı internet xidmətlərinə çıxış yalnız mərkəzdə idi. İndi kənd ATS-də də avadanlıqlar qurulduğundan bu xidmətlərə çıxan abunəçilərin sayı artıb" - deyən rəis bütün kənd şəbəkəsinin genişzolaqlı xidmətlərə çıxışının təmin olunması ilə abunəçilərin sayının bir qədər də artacağını qeyd edib.

İnternet istifadəçilərinin 830 nəfəri "Az.telekom.net"dən, 370 nəfəri isə "Data+"-dan istifadə edir. Bundan əlavə, telefon vasitəsilə internetdən istifadə edənlərin sayı da artır.

RƏVAN



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024