12px13px15px17px
Tarix:10/01/13

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet resursu fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytı (www.seferberlik.gov.az) istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, saytda “Haqqımızda”, “Hərbi qanunvericilik”, “Mətbuat xidməti”, “Veteranlar və şəhidlər”, “Hərbi etik davranış”, “Elektron xidmət” və “Əlaqə” bölmələri yaradılıb. “Haqqımızda” bölməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqda ümumi məlumatla yanaşı, xidmətin strukturu, rəhbərliyi və fəaliyyət sahəsi ilə bağlı məlumatlarla tanış olmaq mümkündür. “Hərbi qanunvericilik” bölməsində müvafiq sahəyə dair Azərbaycan Respublikasının qanunları, Prezidentin fərman və sərəncamları, həmçinin Nazirlər Kabinetinin qərarları yerləşdirilib. “Mətbuat xidməti” bölməsində isə “Xəbərlər” və “Statistika” alt bölümləri yer alıb.

“Veteranlar və şəhidlər” bölməsində Azərbaycanın Milli qəhrəmanları, veteranları və şəhidləri haqda məlumatlarla yanaşı, Veteran və Şəhidlər haqqında AR Qanunları ictimaiyyətə təqdim olunub. “Hərbi etik davranış” bölməsində “Daxili xidmət”, “İntizam”, “Qarnizon və qaravul xidmətləri” nizamnamələri ilə tanış olmaq olar. “Elektron xidmət” bölməsində isə vətəndaşlar xidmət tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə imkanı əldə edirlər. “Əlaqə” bölməsində xidmətin ünvanı, telefon və faks nömrələri, eyni zamanda elektron poçt ünvanı qeyd olunub.

Bununla yanaşı, saytda Azərbaycanın tarixi, təbiəti, iqtisadiyyatı, mədəniyyəti, cəmiyyəti, inzibati-ərazi vahidləri, beynəlxalq aləmdə mövqeyi, Silahlı Qüvvələri, həmçinin, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar və ölkəmizin elektron xəritəsi istifadəçilərin ixtiyarına verilib. Eyni zamanda, saytda vətəndaşların hərbi xidmətə hazırlanması barədə informasiya və çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat və hərbi uçot qaydaları ictimaiyyətin diqqətinə çatdırılıb.

CAHANGİR



Baxış sayı: 30517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024