12px13px15px17px
Tarix:10/01/13

“Like” sosial düyməsinin yaradıcısı “Facebook”u tərk edib

"Facebook" sosial şəbəkəsinin birinci dizayneri Ayron Sittiq şirkəti tərk edib. Bu barədə yanvarın 9-da "Facebook" nümayəndələrinə istinadən "The Wall Street Journal" nəşri bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Ayron Sittiq "Facebook"un birinci əməkdaşlarından biri olub və 2005-ci ildə sosial şəbəkənin ozamankı prezidenti Ayron Parker onu işə götürüb. "Like" düyməsi və insanların fotolarda qeyd edilməsi məhz dizaynerin rəhbərliyi altında yaradılıb. Qeyd edək ki, Sittiq 2010-cu ildə "Facebook"u tərk etmişdi, lakin 2011-ci ilin fevralında sosial şəbəkəyə geri qayıdaraq dizayn bölməsinin direktoru vəzifəsində çalışmağa başlamışdı.

Qəzetin mənbələrinin sözlərinə görə, o, son il ərzində şirkətin mobil layihələri üzərində gərgin işləyib. Nəşr qeyd edib ki, Sittiq "Facebook" təsisçisi Mark Zukerberqin yaxın dostudur. Sittiq şirkəti tərk etməsinin səbəbini açıqlamayıb.

Emil Hüseynov



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024