12px13px15px17px
Tarix:11/01/13

“RIM” 2013-cü ildə 6 smartfon istehsal etməyi planlaşdırır

Kanadanın “Research in Motion” (RIM) şirkətinin “CES 2013” sərgisində iştirak etməməsinə baxmayaraq, “BlackBerry” istehsalçısı yanvarın 30-na planlaşdırılmış öz tədbirinə hazırlıq görür. Şirkət tədbir çərçivəsində “BlackBerry 10” əməliyyat sistemini və onun əsasında işləyəcək bir neçə aparatı təqdim edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin 2 “ağıllı” telefon təqdim edəcəyi gözlənilir: onlardan biri sensor ekrana malik olacaq, digəri isə klaviatura ilə təchiz ediləcək. Bununla belə, şirkətin marketinq direktoru Frenk Bulben “Fierce Wireless” jurnalına verdiyi müsahibəsində bildirib ki, onlar 2013-cü il ərzində 6 “ağıllı” telefon modeli təqdim edəcək.

O, həmçinin vurğulayıb ki, “RIM” operatorlarla xüsusi saziş bağlamaq ideyasından imtina edəcək və bu və ya digər konkret operator üçün hər hansı modellər istehsal etməyəcək. “RIM” şirkəti əvəzində standartlaşdırılmış modellər istehsal edəcək və onları bütün tərəfdaşlarına təqdim edəcək.

“RIM”-in baş marketoloqunun sözlərinə görə, şirkət ilin sonunadək bazarı “BlackBerry 10” qurğuları ilə əhatə etmək niyyətindədir. Bulbenin sözlərinə görə, belə yanaşma şirkətin 2014-cü ilin əvvəlinədək “ağıllı” telefonlar bazarındakı payını təxminən 5-dən 10 faizədək artırmağa imkan verəcək.

Emil Hüseynov



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024