12px13px15px17px
Tarix:11/01/13

“DdoS” hücumlarının qanuniləşdirilməsi tələb edilir

“Anonymous” haker qrupu ABŞ hakimiyyətini “DDoS” hücumlarını qanuniləşdirməyə çağırıb. Müvafiq ərizə Ağ Evin rəsmi saytında yerləşdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda ərizə 775 imza toplayıb. Qanuna görə, ərizəyə prezident administrasiyası tərəfindən baxılması üçün o, təqdim olunma anından 30 gün ərzində ən azı 25 min imza toplamalıdır. Beləliklə, hakerlər bu ideyanı reallaşdırmaq üçün fevralın 6-na qədər 24 min imza toplamalıdırlar.

“Anonymous” haker qrupunun sözlərinə görə, onların həyata keçirdiyi “DDoS” hücumları hakerlik deyil, virtual məkanda etirazın daha mükəmməl formasıdır. Qrup belə hesab edir ki, texnologiyaların inkişafı və internetdən istifadənin artması fonunda cəmiyyət öz etirazını bildirmək üçün yeni imkanlara malik olmalıdır.

Bundan başqa, hakerlər qeyd ediblər ki, “DDoS” tipli hücumlar brauzer səhifəsini yeniləmək düyməsinə dəfələrə sıxma ekvivalentinə bərabərdir və veb-xidmətlərin iş rejimini yalnız müəyyən müddətə iflic edir.

Emil Hüseynov



Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024