12px13px15px17px
Tarix:27/07/11

Koreya ölkəmizdə tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyaları inşa edəcək

Koreya ölkəmizdə tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyaları inşa edəcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) cari ilin 6 ayı ərzində gördüyü işlərlə bağlı hesabatında qeyd olunub. Komitənin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar bu yaxınlarda komitə rəsmilərinin Cənubi Koreyaya səfəri planlaşdırılır. Qeyd edək ki, bu il mayın 24-də Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə SMPDK-nın Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında anlaşma memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər istiqamətlər üzrə əməkdaşlıq, məhsulların və xidmətlərin sertifikatlaşdırılması sahəsində əməkdaşlığın inkişafı, məlumat mübadiləsi və digər məsələlər barədə razılığa gəliblər. Bu sahədə təcrübəyə malik olan Cənubi Koreya ilə birgə Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyalarının inşasına dair razılıq da əldə olunub.



Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024