12px13px15px17px
Tarix:12/01/13

Avropada onlayn fırıldaqçılıqla mübarizə üçün yeni qurum yaradılıb

Avropa Birliyinin Polis İdarəsinin açdığı yeni kiberbölmənin vəzifəsi onlayn cinayətkarlıqla mübarizə aparmaqdır. "European CyberCrime Centre" adlı bölmə yanvarın 11-də Avropolun Haaqada yerləşən mənzil-qərargahında açılıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, daxili təhlükəsizlik məsələləri üzrə Avropa komissarı Sesiliya Malstromun fikrinə əsasən, hazırda kibercinayətkarlıq qızıl əsrini yaşayır və təhlükəsizlik üzrə bu cür milli və millətlərarası agentliklər kibercinayətkarlığın qarşısını qismən də olsa almaq üçün təsis edilib.

Onun sözlərinə əsasən, hazırda internet-fırıldaqçılar polislərdən, demək olar ki, həmişə bir addım öndədirlər. Avropolun hesablamasına əsasən, 2012-ci ildə avropalılar kibercinayətkarların fəaliyyəti nəticəsində 1,5 milyard avro həcmində zərərə məruz qalıblar. Müxtəlif ölkələrin milli polis qurumlarının əməkdaşlığı nəticəsində bəzi uğurlar əldə olunub, lakin hüquq-mühafizə orqanları hələlik onlayn cinayətkarlar üzərində qələbə çalmaqdan uzaqdırlar.

Emil Hüseynov



Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024