12px13px15px17px
Tarix:14/01/13

“Oracle” şirkəti “Java”dakı boşluğu aradan qaldırıb

"Oracle" şirkəti "Java 7 Update 10" plaqinində və daha əvvəlki versiyalarda aşkar edilmiş təhlükəli boşluğu aradan qaldıran yamaq çıxarıb. Yamağı şirkətin saytından yükləmək mümkündür. Yanvarın 10-da aşkar edilmiş boşluq kibercinayətkarlara istifadəçiləri bədniyyətli kodun yerləşdiyi sayta istiqamətləndirərək uzaq məsafədən onların kompüterlərində zərərli hərəkətlər yerinə yetirməyə imkan yaradır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti həmin gün "OS X 10.6" əməliyyat sistemində "Java 7" plaqinini deaktiv etmişdi. "Mozilla" da eyni addımı atmışdı. "Java"dakı növbəti boşluğu kompüter təhlükəsizliyi sahəsi üzrə fransalı tədqiqatçı "Kafeine" ləqəbli şəxs aşkar edib.

O, öz bloqunda bildirib ki, boşluq bir sıra eksploit dəstlərinə əlavə edilib və artıq hakerlər ondan var gücü ilə istifadə edirlər.

Emil Hüseynov



Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024