12px13px15px17px
Tarix:14/01/13

Sərhəd kəndlərində müasir ATS-lər istifadəyə verilib

Sərhəd kəndlərində İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Tovuzun ən ucqar kəndlərində müasir ATS-lər istifadəyə verilib.

Layihənin ardı olaraq kənd və şəhər arasında rəqəmsal fərqin aradan qaldırılması məqsədilə həyata keçirilən işlərin tərkib hissəsi olaraq kəndlərin optik kabellərlə təchiz edilməsi istiqamətində işlər aparılır. Tovuz Telekommunikasiya Qovşağının rəisi Yaşar İbrahimovun "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, layihə yaxın vaxtlarda ən yüksək səviyyədə başa çatdırılacaq.

"Ümumilikdə kəndlər üzrə 100 kilometrədək kabel xətti çəkilib. Hazırda Girzan kəndi istiqamətində işlər gedir. Bu işlər bitdikdən sonra Çeşməli kəndi ilə yanaşı, daha 5 kəndin optikləşdirilməsinə başlanılacaq"- deyə o bildirib. Qeyd edək ki, rayon Telekommunikasiya Qovşağı tovuzlulara 27 kənd ATS-i vasitəsilə xidmət göstərir. Rayon üzrə kəndlərlə birlikdə 1480 genişzolaqlı internet abunəçisi var.

RƏVAN



Baxış sayı: 902

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024