12px13px15px17px
Tarix:15/01/13

“Z3RO Pro” kompüteri ovucda yerləşir

“Xi3 Corporation” şirkətinin təqdim etdiyi kiçik ölçülü “Z3RO Pro” kompüterinin satışlarına cari ilin ikinci rübündə start veriləcək. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu 122×91×47 millimetr ölçüsündə yığcam korpusda hazırlanıb. İstehsalçı cihazdan ümumi təyinatlı kompüter və ya ev media mərkəzi kimi istifadə etməyi təklif edir.

“Z3RO Pro” yığcam kompüteri 1,65 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz olunub. Əməli yaddaşın həcmi 4 QB təşkil edir. Yığcam kompüter “Gigabit Ethernet” şəbəkə kontrolleri, həmçinin 4 ədəd “eSATAp” portu ilə təchiz olunub.

Displeyin qoşulması üçün “HDMI/DisplayPort 1.2” və “Mini DisplayPort 1.2” konnektorları nəzərdə tutulub. Kompüterə “openSUSE Linux 11.2” əməliyyat sistemi quraşdırılıb. “Windows 8” və “Unix” daxil olmaqla digər proqram platformaları ilə uyğunluğa zəmanət verilib. “Z3RO Pro” yığcam kompüterinin qiyməti təqribən 400 dollar təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024