12px13px15px17px
Tarix:15/01/13

“Google” Texas külək fermasına 200 milyon dollar həcmində sərmayə yatırıb

Yəqin ki bir çoxları “Google” şirkətinin dünyanı yaxşı mənada fəth etməsi (məsələn, sürücüsüz hərəkət edən avtomobil, möcüzəvi eynəklər, və digər cihazlar) planından xəbərdardır.

Bütün bunlarla bərabər, şirkət hazırda ekologiya sahəsinə də qayğı göstərməyi planlaşdırır. Belə ki, şirkət Texasda yerləşən külək fermasına 200 milyon dollar həcmində sərmayə yatırıb.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, “Spinning Spur” adlı layihə külək turbinlərinin tikilməsini və inkişaf etdirilməsini nəzərdə tutur, çünki o, ənənəvi enerji mənbələri ilə müqayisədə ətraf mühit üçün daha faydalıdır.

Texasda yerləşən böyük külək ferması elektrik enerjisini 70 turbin vasitəsilə hazırlayır və o, təxminən 60 min evi elektriklə təchiz etmək üçün kifayətdir.

Emil Hüseynov



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024