12px13px15px17px
Tarix:15/01/13

Elektron ticarət portalının xidmətlərindən istifadə edənlərin sayı 11 minə çatıb

2012-ci il ərzində sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış elektron ticarət portalının – "www.b2b.az" xidmətlərindən 11 minə yaxın istifadəçi yararlanıb.

Portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, BƏƏ və s. kimi ölkələrdən olan istifadəçilər də var. "ICTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, portala yerləşdirilən biznes təkliflər əsasən qida sənayesi, logistika, İKT, təhsil və biznes xidmətləri sektorlarını əhatə edib:

"www.b2b.az" elektron ticarət portalı Almaniyanın "GİZ" təşkilatının dəstəyi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Azərbaycanın ilk elektron ticarət portalı olan "www.b2b.az" saytı "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur".

HƏQİQƏT



Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020