12px13px15px17px
Tarix:15/01/13

Bill Qeytsin biznes qaydaları


O, İT sənayesinin ən çox uğur qazanan və müqabilində ən çox gəlir əldə edən sahibkarlarından biridir. Onun uğurlu biznes formulunu bilmək güman edirik ki, bir çoxları üçün maraqlı olar. Beləliklə, adı biznesin uğur formuluna çevrilən, İKT sektorunun ən dahi, yenilikçi şəxslərindən biri - Bill Qeytsin uğurlu biznes qaydalarını təqdim edirik.


• Sənin əhvalın və özünə hörmətin dünyaya maraqlı deyil. O, səndən hansısa nailiyyətlər gözləyir.

• Mənim ağ lövhəm və rəngli flomasterlər dəstim var. Onlar əməkdaşlarla və təklikdə fikirləşən zaman mənə çox kömək edir.

• Ağıllı insanlar əllərində kifayət qədər fakt olduğu halda problemin mahiyyətini anlamağı bacarmalıdır.

• Mən biznesə problemin həllinə ehtiyac olan çağırış kimi yanaşıram.

• Gənc insanlar kollecə getmək istəmədiklərini ifadə etdikdə mən narahatçılıq keçirirəm, çünki məzun olmaq mənə qismət olmadı. Birincisi, mən ali dərəcə almağı gözləməsəm də, kifayət qədər yaxşı təhsil almışam. İkincisi, dünya getdikcə daha mürəkkəb, ixtisaslaşdırılmış və rəqabətli olur, hazırda ali təhsil almaq çox vacibdir.

• Mən keçmişlə yaşamıram. Mən öz seçimimi etdim və vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün, sadəcə, şübhələnmək lazım deyil. Düşünməyin ki, mən necə yaxşı həkim, tennisçi, poker oyunçusu ola bilərdim. Əmin-amanlığın girovu iradəli olmaq və işi ehtiyatlı tutmaqdır.

• Eyni qərarı iki dəfə qəbul etməyin. Ən yaxşısı birincidən dönməz qərar qəbul etmək üçün daha çox vaxt və güc sərf edin.

• Mən iynə üstündə olmağı sevirəm. Çox vaxt belə olduqda yüksək icraçılıq əldə olunur.

• Uğur pis müəllimdir. O, baş gicəlləndirir, etibarsızdır. Biznes plan və ya ən yeni texnologiya sabah köhnələ bilər.

• Biznes yaxşı oyundur. Qaydası az, rəqabət isə çoxdur. Hesab pulla aparılır.

• Fərz edək, siz mənim həyatımı 2 il müddətinə biznes-məktəbə getməyim şərtilə artırırsınız. Mən daha yaxşı nəsə edəcəyimi düşünmürəm. Bu rəflərə baxın, orada biznes kitabları gözünüzə dəyir? Bəli, yoxdur. Onlar bizə lazım deyil.

• Düşünürəm ki, biznesi idarə etmək asandır. Mənfəət, zərər. Satışın həcmindən xərcləri çıxırsınız və ortada böyük müsbət hesab alınır. Təmiz riyaziyyat.

• Gəlirin çoxaldılması dünyada ən incə məsələdir. Məhsulunuz nə qədər yaxşı olsa belə, siz uğursuzluqdan cəmisi 18 ay uzaqsınız.

• Bir məsələni dəqiq bilirəm. Mən öz varislərimə çoxlu pul saxlamayacam. Düşünürəm ki, onlar üçün belə daha yaxşıdır.

• Hətta hazırda belə məni pul o qədər maraqlandırmır. Əgər mənim qarşıma iş və zənginlik arasında seçim qoyulsaydı, işi seçərdim.

• Güclü komanda lazımdır, çünki orta komanda onu nə qədər yaxşı idarə etsəniz belə, orta nəticə göstərir. • Yaxşı menecerin ən mühüm keyfiyyəti istənilən pis xəbəri mətinliklə qarşılamaq, onlardan qaçmaq yox, "görüş" axtarmaqdır.

• Bugünkü informasiya cəmiyyətində əsas təbii sərvətlər ağıl, təcrübə və liderlikdir.

• Sürətlə inkişaf edən sənayedə o şirkətlər uğur əldə edir ki, onlar əsas tendensiyalar arasından lazımlısını seçə bilir və ona nəsə dəyərli bir şey əlavə edir.

• Pulu ağılla xərcləmək onu qazanmaq kimi çətindir.

• Biz həmişə yaxın iki ildə baş verə biləcək dəyişiklikləri qiymətləndiririk və qarşıdakı 10 il ərzində nə baş verəcəyini təhlil edə bilmirik. Bu o deməkdir ki, arxayınlaşmaq lazım deyil.

• Mən məğlub olmaqdan qorxuram.

Emil Hüseynov

emilhuseynov86@gmail.com




Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024