12px13px15px17px
Tarix:15/01/13

Təcili tibbi yardım xidmətinin telefon şəbəkəsinin mərkəzi platforması NGN şəbəkəsinə qoşulub

Təcili tibbi yardım xidmətinin telefon şəbəkəsinin mərkəzi platforması NGN şəbəkəsinə qoşulub və internet xidmətləri ilə təmin edilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.

Mərkəzdən qeyd edilib ki, bu texnologiya üzərindən rabitənin təmin edilməsi şəbəkə platforması üzərində daha sürətli, daha müasir rabitə təmin olunmaqla eyni zamanda mərkəzlə rabitə əlaqəsinin alternativliyi təmin edilib. Səhiyyə Nazirliyi "Müasir texnologiyalı tibb" layihəsinə uyğun olaraq daha modern səhiyyə sisteminin qurulması istiqamətində tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb.

İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb. Kliniki Tibbi Mərkəzdə informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə hələ bir neçə il öncə başlanılıb. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter şəbəkə sistemi qurulub. Mərkəzin 9 korpusu fiber-optik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılıb. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.

Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə "Picture Archiving and Communications Sistem" (PACS) altsistemi qurulub. Bu sistemin fəaliyyəti üçün "PACS" server qurulub. Üç ədəd "PACS" serverlər əməliyyat sistemi "Linux Suse 9" üzərindədir. "PACS" server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir.

Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə "DİCOM 3.0" protokolu ilə işləyən xüsusi "DİCOM PRİNTER" quraşdırılıb.
Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi "PC"(monitor) quraşdırılıb.

Qeyd edək ki, MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemlərinin yaradılması sahəsində əməkdaşlıq barədə memorandum və bu sistemlərin yaradılması, sonrakı inkişafı və istifadəsi sahəsində əməkdaşlıq barədə razılaşma sənədlərinin hazırlanmasında Səhiyyə Nazirliyinin mütəxəssisləri 2008-ci ildən etibarən aktiv iştirak edir.

RƏVAN



Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024