12px13px15px17px
Tarix:16/01/13

“Azneft” İB istehsalat obyektlərində avtomatika sahəsində əldə olunan nailiyyətləri açıqlayıb

2012-ci il ərzində "Azneft" İB-nin struktur təşkilatlarında İstehsal Proseslərinin Avtomatlaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə birliyə istinadən verdiyi məlumata görə, "28 May" Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisində 60 quyuluq yeni texnologiyalar əsasında istehsal olunmuş cihaz və avadanlıqlarla təchiz olunmuş avtomatlaşdırılmış qazpaylayıcı batareyalar quraşdırılaraq işə buraxılıb. Həmçinin Neft Daşlarındakı NYM-də Rezervuarlarda "Radar-5302" tipli səviyyəölçənlərin bazasında Məlumat nəzarət sistemi yaradılıb.

Eyni zamanda, NQKYH və NMM-də Dübəndi sahəsində 4 saylı PTB-10 tipli neftqızdırıcı soba yeni NÖC və avtomatika vasitəsilə təchiz olunub, yenidən qurulub və istismara verilib. DDÖ-lərdə (Dərin dəniz özülü) təhlükəsiz istismar şəraitinin təmin olunması məqsədilə alınmış 59 ədəd 2 quyuluq "Kameron" tipli quyuların quyuağzı və dərinlik kəsici hidravliki siyirtmələrinin idarəetmə stansiyalarından 43 ədədi özüllərə verilib, 51 quyu stansiyalara qoşulub.

Hazırda idarəetmə stansiyalarına quyuların qoşulması işi davam edir. H.Z.Tağıyev adına NQÇİ Buzovna çənlər parkı NQSKYH və N proseslərinin kompüter məlumat nəzarət sistemi yaradılıb. PTB-5 tipli avtomatik idarəetmə sistemi ilə təchiz olunmuş neftqızdırıcı soba istismara verilib. Bununla yanaşı, neftqazçıxarma sexlərinin mancanaq dəzgahlı dərinlik nasos quyularının "Nur" quyu kontrollerləri bazasında simsiz teledinamometriya kompleksi quraşdırılıb, sazlanıb və istismara verilib.

Eyni zamanda, "Abşeronneft" NQÇİ ərazisində simsiz teledinamometriya kompleksi istismara verilib. N.Nərimanov adına NQÇİ "Ümid" yatağı SDÖ-1-də (Stasionar dəniz özülü) 10 saylı quyunun quyuağzı və dərinlik hidravliki siyirtmələrinin avtomatik idarə və nəzarət olunması proqram təminatlı idarəetmə stansiyası quraşdırılıb, sazlanıb və işə buraxılıb.

Neft-Qaz separatorlarında maye səviyyəsinin və qaz çıxışında qazın təzyiqinin ölçülməsi, avtomatik tənzimlənməsi sistemi yaradılıb. Həmçinin, 82 saylı SDÖ 89 saylı meydança səviyyə vericilərinin kompüter məlumat nəzarət sisteminin yaradılması işləri başa çatmaq üzrədir.

CAHANGİR



Baxış sayı: 2379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024