12px13px15px17px
Tarix:16/01/13

“McAfee” antivirusunun yaradıcısı haqqında film çəkiləcək

“Warner Bros.” “McAfee” antivirus şirkətinin yaradıcısı Con Makafinin həyatı haqqında film çəkmək qərarı verib. Kinofilm şirkəti Coşua Devisin “Wired” jurnalında dərc edilmiş "Con Makafinin son sərhədi" adlı məqaləsinin ekranlaşdırılmasına hüquq əldə edib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, filmin rejissoru və ssenaristi qismində müvafiq olaraq Qlenn Fikarr və Con Rekua çıxış edəcək. Aparıcı rolları canlandıracaq aktyorların adları hələlik açıqlanmayıb. Con Makafi ticari antivirusu yaratmış birinci şəxsdir. O, 1989-cu ildə “McAfee Associated” şirkətinin əsasını qoyub. 1994-cü ildə isə şirkəti tərk edib.

2010-cu ilin avqustunda “İntel” korporasiyası 7,6 milyard dollara “McAfee”-ni satın alıb. Proqramçı 2008-ci ildən etibarən Belizdə yaşayır. 2012-ci ilin noyabrında yerli polis Makafini qonşusu Qreqori Follun qətlində şübhəli qismində axtarışa vermişdi.

Polisdən gizlənməyə çalışan proqramçı “Wired” nəşri ilə əlaqə saxlayaraq bildirmişdi ki, qonşusunun ölümündə onun əli yoxdur və ölkə hakimiyyəti törədilmiş qətli onun üzərinə atmaq istəyir. Makafi iddia edirdi ki, polis onu öldürmək istəyib, çünki viza üçün 2 milyon dollar həcmində rüşvət ödəməkdən imtina etmişdi. O, dekabrda Qvatemalada həbs edilmişdi, çünki proqramçı bu ölkədə qanunsuz yaşayırdı və hakimiyyət orqanları onu ABŞ-a deportasiya etmişdilər.

Emil Hüseynov



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020