12px13px15px17px
Tarix:16/01/13

“Nokia Lumia 820” sifariş edənlər bu gündən telefona sahib ola biləcəklər

"Nokia Lumia 820" sifariş edənlər bu gün saat 15:00-dan sonra sifarişlərini "EvoStore" satış mərkəzindən əldə edə bilərlər.

"ICTnews" elektron xəbər xidmətinin "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri olan "MobiTel" şirkətinə istinadən verdiyi məlumata görə, hədiyyə olaraq "Nokia"dan simsiz enerjiyükləyici altlıq DT-910, enerji yükləmək üçün arxa qapaq CC-3041 və "Bakcell"dən 3 ay pulsuz internet veriləcək.

Şirkət müştərilərin nəzərinə çatdırır ki, ödənişi nağd, istənilən bank kartı ilə (Visa, Master və s.) və "Bol", "Pay", "World" kredit kartları ilə edə bilərlər.

CAHANGİR



Baxış sayı: 1068

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024