12px13px15px17px
Tarix:16/01/13

“Ağıllı” telefon sahiblərinin 35 faizi onları sükan arxasında belə istifadə edir

“Ağıllı” telefonların faydalı olmasını, çətin ki, kimsə inkar edə, lakin sosioloqlar əmindirlər ki, onların ziyanlı tərəfi də var. “McKinsey” tədqiqat şirkətinin məlumatına görə, “ağıllı” telefon sahiblərinin təxminən 35 faizi mobil “dost”larına o qədər bağlıdırlar ki, hətta sükan arxasında belə onlardan ayrıla bilmirlər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabat müəlliflərinin açıqlamasına görə, sürmə zamanı müxtəlif yaş kateqoriyalı sürücülər arasında “ağıllı” telefonların populyarlıq dərəcəsi müxtəlifdir.

Əksər hallarda sükan arxasında “ağıllı” telefonlardan 18-35 yaş aralığında olan gənclər istifadə edir.

Emil Hüseynov



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024