12px13px15px17px
Tarix:16/01/13

Lütfi Zadə nüfuzlu mükafata layiq görüldü

Dünya şöhrətli alim, Kaliforniya Universitetinin professoru  Lütfi Zadə 2012-ci il üçün informasiya-kommunikasiya texnologiyaları nominasiyası üzrə BBVA Fondunun təsis etdiyi Frontiers of Knowledge Awards (Bilik hüdudları) mükafatına layiq görülüb.

Alim bu mükafatı qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi və inkişafına görə alıb. Münsiflər heyəti bildirir ki, nəzəriyyə "inqilabi sıçrayışdır" ki, bu da maşınlara qeyri-səlis anlayışlarla insanlar kimi işləməyə imkan verib.

Son 50 ildə Lütfi Zadənin metodikası təkcə ABŞ və Yaponiyada 50 mindən çox patentin əsası olub. Qeyd edək ki, mükafat 2008-ci ildə BBVA Fondu tərəfindən zəmanəmiz üçün xas olan elmi və texnoloji sahələrdə böyük töhfələrin və mühüm nailiyyətlərin qiymətləndirilməsi kimi təsis edilib.

Elmi mükafat 8 nominasiya üzrə təqdim olunur. Münsiflər heyətində Avropanın aparıcı universitetlərinin alimləri təmsil olunur.

HƏQİQƏT



Baxış sayı: 2139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024