12px13px15px17px
Tarix:17/01/13

2013-cü ildə İT direktorlarının əsas prioritetləri müəyyən edilib

Müəssisələrin inkişafının sürətləndirilməsi, "böyük məlumatlar" və müasir texnologiyaların tətbiqi 2013-cü ildə əsas prioritetlər arasındadır.

"Gartner" tədqiqat şirkəti 2013-cü ildə informasiya texnologiyaları üzrə direktorların əsaslanacağı biznes və texnoloji prioritetləri dərc edib. 2012-ci ilin dördüncü rübündə keçirilmiş tədqiqat zamanı analitiklər 41 dövlətdə yerləşən 2053 şirkətin İT direktorları arasında sorğu aparmışdı. Sorğunun nəticəsinə əsasən, biznes prioritetlər siyahısına aşağıdakılar daxil olub: inkişafın sürətləndirilməsi, xərclərin azaldılması, yeni müştəri və əməkdaşların cəlb edilməsi və saxlanması, yenilik, "böyük məlumat"ların emalı üçün analitik həll və sistemlərin tətbiqi, yeni bazarlara çıxış və s.

Texnoloji prioritetlərin siyahısında, həmçinin mobil texnologiyalar, "bulud" hesablamaları, birgə iş və virtuallaşdırma texnologiyaları yer alıb. "Gartner" analitik şirkətinin mütəxəssisi Mark MakDonald tədqiqat nəticələrini şərh edərək bildirib ki, İT direktorları müasir rəqəmli texnologiyalardan fayda götürmək üçün yeni rol, metod və üsulları öyrənməlidir. Əks təqdirdə, onlar müasir texnologiyaların təqdim etdiyi perspektiv imkanları əldən verə və müasirləşdirmə tələb edən mövcud texnoloji aktivlərə bağlı olaraq qalacaqlar. 2013-cü ildə İT direktorlarının 10 əsas biznes prioriteti:

1. Şirkətin inkişaf tempinin artırılması

2. Əməliyyat nəticələrinə nail olmaq

3. Xərclərin azaldılması

4. Müştəri cəlb olunması və saxlanması

5. İT proqram və infrastrukturunun təkmilləşdirilməsi

6. Yeni məhsul və xidmətlərin yaradılması (Yenilik)

7. Səmərəliliyin artırılması

8. Əməkdaşların cəlb edilməsi və saxlanması

9. "Böyük məlumat"ların emalı üçün analitik həll və sistemlərin tətbiqi

10. Yeni bazarlara çıxış.

Tədqiqatın yekununa əsasən, 2013-cü ildə şirkətlərin İT büdcələri ötən illə müqayisədə orta hesabla 0,5 faiz azalacaq.

Qeyd edək ki, 2013-cü il bu göstəricinin təxminən əvvəlki səviyyəni qoruyaraq saxladığı beşinci il olacaq. 2013-cü ildə İT direktorlarının 10 əsas texnoloji prioriteti:

1. Təhlil və "böyük məlumatlar"

2. Mobil texnologiyalar

3. "Bulud" hesablamaları (SaaS, IaaS, PaaS)

4. Birgə iş texnologiyası

5. Mövcud həllərin müasirləşdirilməsi

6. İT idarəetmə

7. CRM

8. Virtuallaşdırma

9. Təhlükəsizlik

10. EPR proqram təminatı.

Respondentlərin fikrincə, yaxın 10 il ərzində mobil texnologiyalar (70%) biznesə çox mühüm təsir göstərəcək. Təhlil və "böyük məlumatlar" (55%) ikinci, sosial şəbəkələr (54%) üçüncü və kütləvi "bulud" platformaları (51%) beşinci mövqedə yer alacaq. Mütəxəssislərin fikrincə, bu texnologiyaların hər biri biznesə təsir göstərəcək, lakin onların vəhdəti daha nəzərəçarpacaq təsir edəcək.

Emil Hüseynov



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024