12px13px15px17px
Tarix:28/07/11

“MS-DOS” 30 illiyini qeyd edir

İyul ayının 27-də “MS-DOS” – “Microsoft” korporasiyasının disk əməliyyat sistemi 30 illiyini qeyd edib. “MS-DOS”-un tarixi 1980-ci ildə “Seattle Computer Products” şirkəti tərəfindən “QDOS” (Quick and Dirty Operating System) platformasının yaradılmasından başlayır. “QDOS” əməliyyat sistemi “İntel 8086” prosessorları üçün nəzərdə tutulurdu, buna görə də “86-DOS” ticarət nişanı altında satılırdı.
Həmin ilin dekabr ayında “Microsoft” bu platformaya dair lisenziyanı alıb, 1981-ci ilin iyul ayının 27-də isə sözügedən məhsulla bağlı bütün hüquqları əldə edib. Elə həmin gün əməliyyat sisteminin adı “MS-DOS” kimi dəyişdirilib. İstifadəçiyə yalnız komanda sətrinin interfeysini təqdim edən “MS-DOS”-un indiyədək 8 iri və təxminən iyirmiyə yaxın keçid versiyaları çıxarılıb. 8.0 indeksi ilə tanınan sayca sonuncu stabil versiya 2000-ci ilin sentyabrında istifadəyə verilib. Bundan sonra platformanın inkişafı dayandırılıb. “Microsoft” üçün “MS-DOS” əməliyyat sistemi korporasiyaya xeyli gəlir gətirmiş mühüm məhsullardan biri olub.


soft.compulenta.ru



Baxış sayı: 1932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024