12px13px15px17px
Tarix:17/01/13

Azərbaycanda kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb hansıdır?

Azərbaycanda kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb Azərbaycan Dövlət Pedaqoji Universiteti olub. İmtahanın nəticələri həmin gün elan olunaraq dekanlıqlara göndərilir. Universitetdə hətta dövlət imtahanları da kompüter texnologiyaları vasitəsilə keçirilir.

Bunu "ICTnews.az"-a açıqlamasında ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov bildirib. Onun sözlərinə görə, 2005-ci ildə bu texnologiya tətbiq edilməklə imtahan prosesində insan faktoru aradan qaldırılıb. Hazırda universitetdə böyük test bankı yaradılıb.

Bu test bankında hər fənn üzrə üzərində işlənilmiş 700 test var. Həmin testlərin cavabları da tələbələrə verilir. Burada məqsəd tələbələri imtahan suallarının cavablarını oxumağa məcbur etməkdir.

M. Cəbrayılovun sözlərinə görə, ADPU-nun prorektoru onu da deyib ki, hər fakültədə ixtisas müəllimlərinin daxil olduğu münaqişə komissiyası, bütün universitet üzrə isə imtahan qərargahı fəaliyyət göstərir.

RƏVAN



Baxış sayı: 810

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024