12px13px15px17px
Tarix:17/01/13

2012-ci ildə rabitə və informasiya texnologiyaları üzrə 9 standart dövlət qeydiyyatına alınıb

Ölkənin standartlaşdırma sisteminin vacib tərkib hissəsi olan Standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Texniki komitələr tərəfindən ekologiya, turizm, informatika, rəqəmsal televiziya, keyfiyyətin idarə edilməsi, qida və digər standartlar təsdiq edilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, hesabat dövrü ərzində ölkə iqtisadiyyatı üçün vacib istiqamətlər üzrə yeni Texniki komitələr yaradılıb: TK 11-"Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika"; TK 14-"Mebel sənayesi məhsulları"; TK 15-"Taxıl və un məmulatlarının standartlaşdırılması" Texniki komitələri təsdiq olunub və fəaliyyət planı üzrə işləri həyata keçirirlər.

2012-ci il ərzində beynəlxalq normalarla harmonizə edilmiş 139 milli standart (rabitə və informasiya texnologiyaları üzrə – 9; nəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə – 82; tikinti materialları sahəsi üzrə – 26; yeyinti məhsulları üzrə - 4; turizm üzrə – 2; uyğunluğun qiymətləndirilməsi və keyfiyyətin idarə olunması üzrə – 6; digər sahələr üzrə - 7 standart) dövlət qeydiyyatına alınıb.

HƏQİQƏT



Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024