12px13px15px17px
Tarix:18/01/13

Fərdi kompüter üçün nəzərdə tutulmuş “Kinect” kontrollerinin rəqibi yazda istifadəyə veriləcək

Kompüteri əl vasitəsilə idarə etməyə imkan verən kontrolleri yaratmış "Leap Motion" şirkəti qabaqcıl qurğusunu yazda satışa çıxaracaq. Cihazı yalnız amerikanın "Best Buy" mağazalar şəbəkəsindən satın almaq və ya şirkətin saytından sifariş etmək mümkün olacaq.

Bir dəstin qiyməti təxminən 70 dollar təşkil edəcək. "ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Best Buy" mağazalar şəbəkəsində fevraldan etibarən kontrollerə ilkin sifarişlər etmək mümkün olacaq.

Şirkət qurğunu Avropa və digər ölkələrdə də istehsal etmək niyyətindədir. İki həftə bundan əvvəl "ASUS" şirkəti "Leap Motion" qurğusunu özünün bəzi noutbuk və kompüter-monobloklarına quraşdırmağa razılaşıb.

"Leap Motion" – bu, datçik və kamera ilə təchiz edilmiş kiçik ölçülü USB qəbuledicidir. O, real vaxt rejmində ayrı-ayrı barmaq və predmetlərin vəziyyətini izləyərək fərdi kompüteri jestlərlə idarə etməyə imkan verir. Aparat məkanı (görünüş bucağı 150 dərəcə) saniyədə 290 kadr sürətlə təhlil edir.

Emil Hüseynov



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024