12px13px15px17px
Tarix:18/01/13

Vətəndaşların ərizə və şikayətlərinin qəbulu Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi vasitəsi ilə həyata keçirilir

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirin həyata keçirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) vətəndaşların ərizə və şikayətlərinin qəbulu və qeydiyyatı Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində hazırlanmış Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) vasitəsi ilə aparılır.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

Bundan əlavə, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili məqsədi ilə komitənin office@emdk.gov.az elektron ünvanına daxil olmuş müraciətlər müvafiq şöbədə qeydiyyata alınaraq cavablandırmaq üçün aidiyyəti üzrə struktur bölmələr və qurumlara çatdırılır.

CAHANGİR



Baxış sayı: 1153

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024