12px13px15px17px
Tarix:18/01/13

“Sony” və “Google” şirkətləri bir-birindən xəbərsiz…

“Sony” və “Google” şirkətləri eyni anda, lakin bir-birindən xəbərsiz daşınmaz əmlak sahəsində böyük sazişə imza atıblar. Daha dəqiq, “Sony” Amerikada yerləşən qərargahını 1,1 milyard dollara satdığı halda, “Google” şirkəti Londonda özünə qərargah tikir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Sony” şirkətindən verilən məlumata əsasən, o, Nyu-Yorkda yerləşən 37 mərtəbəli binasını investorlara satmaq barədə saziş imzalayıb. Sazişin qiyməti 1.1 milyard dollar təşkil edir. Medison-Evenyuda yerləşən məşhur 550 binası şirkətə 770 milyon dollar həcmində xalis mənfəət qazandıracaq.

Qeyd edək ki, Yaponiyanın elektronika istehsalçısı göstəricilərinin azalması və “Samsung Electronics”lə rəqabət fonunda artıq dördüncü il ardıcıl olaraq aktivlərini satır və iş yerlərini ixtisar edir. 2013-cü ildə şirkət 20 milyard yena (223 milyon dollar) həcmində mənfəət əldə edəcəyinə ümid edir. Məlumat üçün bildirək ki, ötən il şirkət 457 milyard yena həcmində zərərə məruz qalmışdı.

“Guardian” qəzeti yazıb ki, internet-nəhəng Londonda qərargah tikintisinə start verib. Kinqs-Kross rayonunda yerləşəcək və 10 min kvadratmetr ərazi tutacaq binanın tikintisi 2016-cı ildə başa çatdırılmalıdır. Hazırda “Google”-un mərkəzi Londonda iki ofisi yerləşir, daha sonra onlar şirkətin tikiləcək nümayəndəliyinə daşınacaq.

Emil Hüseynov



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024