12px13px15px17px
Tarix:28/07/11

“Samsung” təxminən 5 milyon “Galaxy S II” satıb

Rüblük hesabatın açıqlanmasına 2 gün qalmış “Samsung” şirkəti “Galaxy S II” flaqman smartfonunun satışları haqqında rəsmi məlumatları dərc edib. Bundan əvvəl bildirilib ki, demək olar ki, 3 ay ərzində model 6 milyon nüsxə tirajla satılıb, daha sonra bu göstəricinin təxminən 1 milyon artırıldığı aydın olub.
“Samsung” şirkətində “Galaxy S II” smartfonuna olan tələbat rekord hədd kimi qiymətləndirilib. Müqayisə üçün bildirək ki, əvvəlki rekordçu “Galaxy S” eyni nəticəyə 4 ay ərzində nail olub. Bununla belə yeni flaqmanın satış tempi artır. Belə ki, əgər ilk 3 milyon “Galaxy S II” smartfonu 55 gün ərzində satılıbsa, sonrakı 2 milyon isə cəmi 30 gün ərzində satılıb. Hesablamalara görə, smartfon 10 milyon həddinin öhdəsindən təxminən 2 ay ərzində gələcək.


www.onliner.by



Baxış sayı: 1114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024