12px13px15px17px
Tarix:18/01/13

2016-cı ilədək mobil reklam bazarının həcmi 2 dəfədən çox artacaq

2013-2016-cı illər ərzində mobil reklam bazarının həcmi 2 dəfədən çox artaraq 24,6 milyard təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə mobil reklam bazarının həcmi 11,4 milyard dollara bərabər olacaq.

Müqayisə üçün bildirək ki, 2012-ci ildə bu göstərici 9,8 milyard dollar təşkil etmişdi. Artım 19 faiz təşkil edəcək.

Ekspertlər etiraf edir ki, mobil reklam bazarı gözlənildiyindən daha yüksək templə inkişaf edir. Bu, “ağıllı” telefon və planşetlərin populyarlaşması ilə bağlıdır. Yaponiya və Cənubi Koreya mobil qurğularda göstərilən reklam elanlarından əldə olunan gəlirin həcminə görə ön mövqedə qərarlaşıb.

Emil Hüseynov



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024