12px13px15px17px
Tarix:18/01/13

“NEXUS” şirkəti yeni “3G” texnologiyalı, 7 düymlük planşeti təqdim etdi

"NEXUS" şirkəti yeni "3G" texnologiyalı, 7 düymlük planşeti təqdim etdi. Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi "NEXUS" şirkəti bazara yeni məhsul təqdim etdi. 1 ildən çoxdur ki, şirkət tərəfindən istehsal olunan milli premium "Azpad" planşetlərin nəslindən yeni, müasir tələblərə uyğun və istehlakçıların tələbatlarını ödəyən 7 düymlük "AzPad Mini i7S" modeli satışa çıxarıldı.

Yeni məhsul hazırlanmamışdan öncə şirkətin marketoloqları tərəfindən yeni texnologiyalar, yerli bazarın tələbləri və istehlakçıların tələbatları təhlil edilmişdir. Tətqiqatlardan yaranan nəticələrə əsasən "NEXUS" şirkəti "AzPad Mini i7S" modelini istehsal etmişdir.

Yeni məhsul "Android 4.0.4" əməliyyat sistemi, "MTK 6577 Dual Core Cortex A9 / 1.2 GHz" prosessor, "512MB DDR3" əməli yaddaş, daxili yaddaş "4GB" ilə təchiz edilmişdir. Daxili yaddaşı "32GB"-a kimi "Micro SD Card" vasitəsilə artırmaq mümkündür.

Planşetin ən əsas üstünlüklərindən biri onun həm də telefon kimi istifadə olunma imkanı vardır. Bunda başqa, "Bluetooth","WiFi", "GPS", "3G", FM radio təchiz olunmuşdur.

Məhsulun çəkisi 390q-dır. "AzPad Mini i7S" modeli öncəki modellərdən tək ekran ölçüsünə görə deyil, ümumi təchiz edilmiş texniki göstəricilərinə görə fərqlənir və texniki üstünlüklərinə və qiymətinin 175 manat olması ilə bazarda ən sərfəli planşet hesab edilir.

RƏVAN



Baxış sayı: 985

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024