12px13px15px17px
Tarix:28/07/11

Dünyada ən sürətli internet olan ölkə hansıdır?

Müxtəlif internet xidmətlər təqdim edən Amerikanın “Akamai” şirkəti öz “State of the internet” adlı illik hesabatının yeni versiyasını dərc edib. Hesabatda qlobal şəbəkənin bütün dünya üzrə cari inkişafı haqqında informasiya öz əksini tapıb. Xüsusilə, hesabatda internetə girişin orta sürətinin artması haqqında məlumatlar yer alıb. Belə ki, keçən illə müqayisədə bu göstərici 23% artaraq 2,1 Mbit/s təşkil edib.
ABŞ-da orta sürət 15% artaraq 5,3 Mbit/s olub. Ötən il olduğu kimi bu kateqoriyaya Asiya liderlik etməyə davam edir. “Akamai” hesabatında bildirilib ki, 2011-ci ilin birinci rübündə dünyanın 237 ölkəsindən “Akamai” internet platformasına 584 milyon unikal “İP” ünvan qeyd olunub. Bu, keçən ilin dördüncü rübü ilə müqayisədə 5,2% artım deməkdir; əgər bu, 2010-cu ilin əvvəli ilə müqayisə edilsə, onda artım 20%-ə bərabərdir.
“Akamai”nin məlumatına əsasən, mobil internet sürəti cari ilin birinci rübündə 163 kbit/s-dən 6 Mbit/s-ə qədər dəyişib. Mobil internetin ən yüksək orta sürəti Polşa və Yunanıstanda qeyd olunub. İnsanlardan məlumat toplayan “Akamai” əməkdaşları aydınlaşdırıblar ki, onların 7%-i mobil internet vasitəsilə ay ərzində təxminən 1 QB müxtəlif məlumatlar yükləyirlər. 73% orta hesabla 100 MB, digər 20% isə 100 Mbaytdan az məlumat yükləməsini həyata keçirirlər.


infox.ru



Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024