12px13px15px17px
Tarix:22/01/13

ABŞ-ın Hərbi Hava Qüvvələri uçan routeri sınaqdan keçirib

2013-cü ilin yanvarında ABŞ Hərbi Hava Qüvvələri “Net-T” adlı uçan simsiz routeri sınaqdan keçirib. Məlumata əsasən, qurğu təyyarəyə bərkidilir və yerüstü bölmələrlə rabitə yaradılmasını təmin edir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yerüstü bölmələrin hərbi qulluqçuları öz aralarında əlaqə yaratmaq üçün “ROVER-5" (Remotely Operated Video Enhanced Receiver-5) adlı qəbuledicidən istifadə edirlər. Yığcam qurğu “iPad-mini” planşeti boydadır və video ötürülməsi imkanına malik sensor ekranla təchiz olunub.

Məsələn, bölmənin komandiri “ROVER-5” qəbuledicisi vasitəsilə kəşfiyyatçılardan informasiyanı canlı yayımda ala bilər. Bu halda ənənəvi rabitə vasitələrindən istifadəyə ehtiyac qalmır. Routeri artıq 2014-cü ildə döyüş şəraitində yoxlamaq planlaşdırılır.

Emil Hüseynov



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024