12px13px15px17px
Tarix:22/01/13

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Elektron Xidmətlər Portalına qoşuldu

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "e-Gov" Elektron Xidmətlər Portalına qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, komissiya tərəfindən təqdim olunan "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi" xidməti portala inteqrasiya edilib.

Sözügedən elektron xidmət vasitəsilə DQMK-yə sənəd verən vətəndaşlar müsabiqə və müsahibədən keçmələri, topladığı ballar haqqında məlumat əldə etmək imkanı qazanırlar. Bu məlumatların əldə edilməsi üçün şəxsiyyət vəsiqəsindəki PİN nömrənin qeyd edilməsi tələb olunur.

Qeyd edək ki, ödənişsiz olaraq həyata keçirilən interaktiv növlü elektron xidmətin istifadəçiləri müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlər, dövlət orqanlarının kadr qurumları və komissiyada imtahan vermiş və ya müsahibədən keçmiş dövlət qulluqçularından ibarətdir.

CAHANGİR



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024