12px13px15px17px
Tarix:24/01/13

“3D” printer ilə geyim də hazırlanacaq

Bəziləri "3D" printerdə silah, kimsə xəstə heyvanlar üçün protezlər, digərləri isə bina modelləri hazırlayır. Möcüzə printerdə, hətta dizayner geyimi də hazırlamaq mümkündür.

"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, danimarkalı tanınmış dizayner Ayris van Herpenin yaratdığı "Voltage" adlı geyim kolleksiyasının bir hissəsi "3D" printerdə çap edilib. Yeni kolleksiyaya, həmçinin avstriyalı memar Yuliya Kerner ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və "Materialise" şirkətinin çap etdiyi geyim də daxildir.

"Staratasys" şirkətinin "Objet Connex 3D" texnologiyası sayəsində üçölçülü çap ilə geyim hazırlamaq mümkün olub. Bəlkə də insanlar yaxın gələcəkdə geyimi mağazalardan deyil, onların virtual modellərini internetdən yükləyərək ev printerində çap etməyə üstünlük verəcəklər.

Emil Hüseynov



Baxış sayı: 1039

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024