12px13px15px17px
Tarix:24/01/13

Bakıda “Google” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

"Azercell"in baş ofisində "Barama" layihəsi və "Google Developers Group Baku" (GDG Baku) birgə əməkdaşlığı çərçivəsində "GDG Baku" tərəfindən dəvət olunmuş "Google" şirkətinin Məhsul İdarəolunması üzrə eksperti və "GDG"-ların regional rəhbəri Divon Lan ilə görüş keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə çoxlu sayda tələbələr və gənc proqramçılar, eyni zamanda müxtəlif şirkətləri təmsil edən nümayəndələr iştirak ediblər. Görüş zamanı Azərbaycan dilində İT layihələrinin birgə icrası, lokalizasiya və maşın tərcüməsi kimi mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Divon Lan bölgədəki texnologiya bazarını və şirkət üçün mövcud olan imkanları araşdırmaq məqsədi ilə Azərbaycanı ziyarət edib.

CAHANGİR



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024