12px13px15px17px
Tarix:24/01/13

“Western Digital” şirkətinin xalis mənfəəti artıb

“Western Digital” (WD) cari maliyyə ilinin ikinci rübü üzrə göstəricilərini açıqlayıb. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, sərt disk tədarükçüsü 3 ay ərzində 3,8 milyard dollar qazanıb. Bu göstərici ötən maliyyə ili ilə müqayisədə 2 dəfə çoxdur.

Xalis mənfəət 2 dəfə artaraq 335 milyon təşkil edib. 1 səhm üçün mənfəət 1.36 dollar təşkil edib. Analitiklərin fikrincə, Taylandda baş vermiş güclü daşqından sonra sərt disk bazarı tamamilə bərpa olub. “WD” şirkəti rüb ərzində 59,2 milyon sərt disk satıb.

Müqayisə üçün: 1 il əvvəl satış həcmi 28,5 milyon təşkil etmişdi.

Emil Hüseynov



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024