12px13px15px17px
Tarix:25/01/13

2012-ci ildə “DDoS” hücumlarının sayı 170 faiz artıb

“Radware” şirkətinin mütəxəssisləri “DDoS” hücumlarının daha mürəkkəb və ciddi təhlükə doğuran yeni metodlarını aşkar ediblər. “Radware” mütəxəssislərinin təqdim etdiyi yeni hesabatda “DDoS” hücumlarının iki yeni mürəkkəb üsulu təsvir edilir: botnetlər və “HTTPS” protokoluna hücumlar.

“Radware” tədqiqatçılarının çıxardığı əsas nəticələr aşağıdakılardır:

Serverlərdə yerləşdirilmiş botnetlər “DDoS” hücumlarının həyata keçirilməsi üçün yeni güclü vasitədir. Bir serverdən həyata keçirilən hücumlardan müxtəlif coğrafi nöqtələrdə yerləşən serverlərdən istifadə edən hücumlara keçid kibercinayətkarlara əvvəllər olmadığı kimi daha güclü “DDoS” hücumlarını həyata keçirməyə imkan yaradır. Ekspertlər hesab edirlər ki, 2013-cü ildə bu metod daha da populyarlaşacaq.

2012-ci ildə 1 həftədən çox davam edən “DDoS” və “DoS” hücumlarının sayı 2 dəfə artıb.

2012-ci ildə “HTTPS” protokollara edilən hücumların sayı artıb.

Müasir təhlükəsizlik mühitində bir çox təşkilat və şirkətlər köhnəlmiş müdafiə metodlarından istifadə edir. Hücumla üzləşən şirkətlərin yalnız 25 faizi hücumların təsirini azaltmaq üçün səy göstərir.

“Radware”-in mütəxəssisləri 2013-cü ildə şirkətlərə bütün hücum mərhələləri üçün dinamik reaksiya metodlarının tətbiqi üçün vəsait ayırmağı tövsiyə edir.

Emil Hüseynov



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024