12px13px15px17px
Tarix:25/01/13

Gələcəyin 3 texnoloji inqilabı

İnnovasiyalar ətrafında aparılan müzakirələr populyar olsa da,  heç də hamı innovasiya prosesinin mahiyyətini anlamır.

Müasir dünyanı formalaşdıran dəyişikliklərin əsasını üç texnoloji inqilab təşkil edir.

Birinci inqilab informasiyalaşdırma prosesinə tam  keçidin təmin olunmasıdır. Real obyekt üzərində reallaşdıra bilmədiyinizi onun rəqəmli modeli üzərində 1 dəqiqə ərzində həyata keçirə bilərsiniz. Model üzərində virtual məkanda işlədiyinizdən real sınaq və səhvlərə xərclənən vəsaitdən də azadsınız.

Hazırda informasiyalaşdırma bir çox bazarları (təhlükəsizlik, nəqliyyat, logistika, tibbi xidmət, təhsil və sairə) kökündən dəyişərək insanlar üçün tamamilə yeni imkanlar yaradır.




İkinci inqilab yeni materiallarla bağlı olacaq. Yəni  xassələri idarə edilən mexanizmlər – hibrid və kompozitlər. Artıq yaxın gələcəkdə irimiqyaslı texnologiya sahələri (maşınqayırma, aviasiya sənayesi, gəmiqayırma, tikinti) o dərəcədə dəyişəcək ki, biz yalnız görünüşünə görə onların avtomobil və ya təyyarə olduğunu təyin edə biləcəyik.




Üçüncü texnoloji inqilab robotlaşdırma və "ağıllı mühit”in formalaşdırılması ilə bağlıdır. Bəs "ağıllı mühit” nə deməkdir? Bu mühitdə  robot müxtəlif sahələr üzrə həlləri optimallaşdırmağa kömək edir.

Enerjiyə qənaət edən texnologiya seqmenti sektorda öz aktuallığını genişləndririr. Belə ki, bu gün Avropada bəzi evlər, məsələn, enerji resursunu sərf etməklə yanaşı, həm də onu hasil edir. Yaxud tibb sahəsində fərdi yığcam sağlamlıq datçikləri getdikcə daha böyük rol oynamağa başlayır.

Beləliklə, gözümüzün önündə yeni dünya yaranır, lakin heç də hamı bunu görmür.




Emil Hüseynov




Baxış sayı: 2800

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024