12px13px15px17px
Tarix:25/01/13

Doktoranturaya imtahanlar elektron qaydada keçiriləcək?

Elektron imtahan sisteminə daha bir sınaq əlavə oluna bilər. Belə ki, Azərbaycanda doktoranturaya qəbul imtahanlarının da elektron qaydada keçirilməsi üçün artıq şərait formalaşıb.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib ki, bu sistem gələn ildən tətbiq oluna bilər. M.Kərimov deyib ki, doktoranturaya qəbul imtahanlarının fəlsəfə və xarici dil fənləri üzrə sınaqların elektron formada reallaşdırılması mümkündür.

«AMEA ixtisas fənni üzrə imtahanların elektron formada keçirilməsinin tərəfdarı deyil» - deyən M.Kərimov əlavə edib ki, namizədlərlə ünsiyyətdə olanda onun yaradıcılıq potensialını, ixtisasını mənimsəmə qabiliyyətini daha yaxşı aşkar etmək olur. Onun sözlərinə görə, ünsiyyət vasitəsilə namizədin biliyini tam olaraq aşkarlamaq mümkündür.

SEYMUR



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024