12px13px15px17px
Tarix:26/01/13

Amerika Konqresində Dağlıq Qarabağ müzakirələrinin keçirilməsini istəyənlər internet saytda səs VERSİN!

Azərbaycan ərazisinin 20%-nin işğal altında olması, 1 milyonluq qaçqın və məcburi köçkün məsələsi Amerika Birləşmiş Ştatlarınında Ağ Evin rəsmi dövlət saytında burdan elektron imza toplamaq üçün səsverməyə çıxarılıb.

Bu barədə Modern.az saytına Mirhəsən Seyidov məlumat verib. O, qeyd edib ki, 22 fevral 2013-cü il tarixinədək 100.000 nəfərin elektron imzası toplanmış olsa, Amerika Konqresi bu məsələni müzakirəyə çıxaracaq: "Ona görə də bu məsələdə hamının aktiv olması və səs verməsi vacibdir. Hamımız çox yaxşı bilirik ki Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan silahlılarından qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 854, 874, 884) yerinə yetirilməyib".

Bu səsvermə prosesi 3 mərhələdən ibarətdir.

İlkin olaraq saytda "Create an account" bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Bundan sonra qeyd etdiyiniz email ünvanına daxil olub sizə göndərilən linki təsdiqləmək, təsdiqlədikdən sonra "SİGN THİS PETİTİON" düyməsini sıxaraq SƏS vermək lazımdır.



Baxış sayı: 1087

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024