12px13px15px17px
Tarix:29/01/13

Paytaxtda genişzolaqlı internet xidmətlərindən istifadə tarifləri 110 dəfə azalıb

Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən xidmət prioritetləri müəyyənləşdirilib. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edirlər ki, bu inkişafda genişzolaqlı internet xidmətlərinin daha da genişləndirilməsi birinci planlar sırasındadır.

Məlumatda daha sonra qeyd edilir ki, paytaxtda genişzolaqlı internet xidmətlərindən istifadə tarifləri 1Mbit/san sürət üçün 110 dəfə (2005-ci ildə 1100 manat, 2012-ci ilin sonunda – 10 manat) azalıb. “Bakinternet”in Qlobal internet şəbəkəsinə qoşulma sürəti 400 dəfə (2005-ci ildə 50 Mbit, 2012-ci ildə 20 Gbt) artıb.

BTRİB şəbəkəsində 2006-cı ildə aktiv genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilərin sayı 3497 ədəd (BTRİB – 1475 ədəd, kənar provayderlər – 2022 ədəd) olduğu halda cari ilin sonunda 64 dəfə artaraq 223161 ədədə (BTRİB – 109711 ədəd, kənar provayder və operatorlar – 113450 ədəd) çatıb. Son 4 ildə (2009, 2010, 2011 və 2012-ci illərdə) BTRİB-in göstərdiyi genişzolaqlı internet xidmətlərinə 163255 abunəçi qoşulduğu halda aktiv istifadəçilərin artımı 103474 ədəd olub.

Bu fakt onu göstərir ki, istifadəçilərin 59781 ədədi isə genişzolaqlı internet xidmətlərindən vaxtaşırı istifadə edir.

RƏVAN



Baxış sayı: 900

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024