12px13px15px17px
Tarix:29/01/13

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin internet resursu yenilənib

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) internet saytının (www.atib.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt ATİB-in fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını təmin edəcək. Əvvəlki versiya ilə müqayisədə daha gözəl üslubda hazırlanan yeni saytın hər bir bölməsində məlumatlar ayrı-ayrılıqda təqdim olunur.

Saytın baş səhifəsində “ATİB sizə nə verir” bölməsi təşkilat haqqında ilkin təəssürat yaratmaq məqsədi daşıyır. “Anonslar” bölməsində isə istifadəçilər ATİB üzvləri üçün maraqlı olan tədbirlər, sərgilər və s. barədə məlumat ala biləcəklər. Saytın yuxarı hissəsində xəbərlər lenti diqqəti cəlb edir. Bu xəbər lenti hətta daxili səhifələrə keçid zamanı da mövcud olacaq.

Baş səhifədə ATİB üzvlərinin loqoları dövr edir. Həmçinin təşkilatın tanıtım videosuna daxil olmaq mümkündür. Ümumiyyətlə, multimedia xüsusiyyətini özündə ehtiva edən yeni saytda ATİB üzvləri təşkilatın videoarxivi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Həmçinin tezliklə fotoarxiv də sayta yerləşdiriləcək. Baş səhifədən birbaşa ATİB jurnalı “EcoVision”-a, “Biznes təkliflər” və “Nəşrlər və Hesabatlar”a keçidlər mövcuddur. “Barəmizdə” bölməsi istifadəçilərə vizyon və missiya, rəsmi sənədlər, rəhbər orqanlar, təşkilati struktur və komissiyalar və s. haqqında məlumat verir. Bir çox bölmələrdə alt bölmələr mövcuddur ki, bu da istifadəçinin saytda işləməsini asanlaşdırmaq məqsədi daşıyır.

CAHANGİR



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024