12px13px15px17px
Tarix:30/01/13

“NEXUS” şirkəti yeni “İntel Ultrabook” texnologiyalı noutbukunu təqdim etdi

“NEXUS” şirkəti “Ultranote” adlı yeni nəsil noutbuku istehlakçılara təqdim etdi. “NEXUS Ultranote” noutbuku ən son “İntel Ultrabook” texnologiyası ilə hazırlanmış və dünyada ən nazik noutbuklar sinfinə daxildir.

Texnologiya sahəsində aparıcı qüvvəyə malik olan "İntel" korporasiyası hazırladığı yeni nəsil kompüteri olan "Ultrabook" kompüterlə texnologiya aləmində inqilab edə bilər. Belə ki, hazırda istifadə etdiyimiz "noutbuk", "netbuk"lara nisbətən daha yüngül, “Ultranote” noutbuku zövqlə işlənmiş dizayna malikdir və onun hər bir hissəsi mükəmməlliyi ilə seçilir.

2.6 GHZ tezlikdə çalışan “İntel i5” prosessoru və “4GB DDR III RAM” ilə təchiz olunmuş “Ultranote”, gündəlik istifadədə və çətin şəraitdə dözümlülük və işləmə qabiliyyəti cəhətdən kifayət qədər güclüdür. 6800 MAH-lik akkumulyator “Ultranote”-un işləmə vaxtını 420 dəqiqəyə qədər artırır.

Bu isə Sizə “Ultranote”-da elektrik enerjisindən istifadə etməyərək işləmək imkanı yaradır. 14 düymlük geniş ekran və yüksək tezlikdə çalışan 1.7 GB-lıq “İntel HD Graphics Video Adapter” sizə görüntünü son texnologiyalara uyğun olaraq dəqiq və yüksək keyfiyyətdə çatdırır. “Ultranote”-da vacib və dəyərli məlumatları təhlükəsiz qaydada saxlamaq üçün 120 GB-lıq “SATA SSD” təklif olunur .

Yüksəksürətli “10/100/1000Mb base-TX Ethernet LAN” portu və “Wi-Fi” vasitəsilə daim yüksəksürətli internet şəbəkəsinə qoşulmaq təmin olunur. Məlumatların sürətli ötürülməsi üçün də “Ultranote” müxtəlif portlarla təchiz olunmuşdur. Bunlardan 1 ədəd USB 2.0, 1 ədəd USB 3.0, VGA, HDMI, RJ-45 və təbii ki, 9 növ yaddaş kartlarını dəstəkləyən “Card Reader” və s. göstərmək olar. Çox yüngül - cəmi 1.8 kq olan “Ultranote” istifadə və portativlik cəhətdən əvəzedilməzdir.

“NEXUS” şirkətinin istehsalı olan noutbuk öz funksionallığı və geniş imkanlı xüsusiyyətlərinə və müasir bazar qiymətləri ilə müqayisədə olduqca sərfəlidir – 750 AZN. “NEXUS Ultranote” noutbukunu 1 illik zəmanətlə təqdim edir.

“NEXUS” şirkətinin istehsal etdiyi yeni noutbuklar və planşetlər, ən son dünya texnoloji yenilikləri nəzərə alınmaqla hazırlanır və məhsulun yüksək keyfiyyəti təmin edilir. “NEXUS” noutbuklarının modellər üzrə təsnifatlandırılması müştərilərimiz üçün texniki parametrlər və dizayn üzrə seçimi olduqca sadə və rahat edir.

RƏVAN



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024