12px13px15px17px
Tarix:30/01/13

Zorlamaların qarşısını almaq üçün “GPS” və kameralı saat istehsal ediləcək

Hindistan hökuməti zorlamaların qarşısını almaq üçün "GPS" datçik və videokamera ilə təchiz edilmiş saat istehsalını planlaşdırır. Saat sahibinin vəziyyətini izləyə, 30 dəqiqəlik video yaza və təhlükə yarandıqda "SMS" göndərə biləcək.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, mətn mesajı düymə vasitəsilə göndəriləcək, onu "qurban"ın qohumları və ya polislər qəbul edə biləcəklər. Məmurlardan fərqli olaraq, qadın hüquqları uğrunda hərəkatın fəalları bu cür qurğuların səmərəliliyinə əmin deyillər.

Onların sözlərinə görə, polis zorlamalar haqqında ərizələri könülsüz qeydə alır və belə işlərin araşdırılmasında xüsusi fəallıq göstərmir. "Doğrudanmı, onlar hər bu cür mesaja görə araşdırma aparacaqlar? Düşüncə tərzini dəyişdirən saat istehsal etmək daha yaxşı olardı" – hüquq müdafiəçiləri belə hesab edirlər.

Emil Hüseynov



Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024