12px13px15px17px
Tarix:31/01/13

Məşhur şirkət adından imtina etdi

Kanadanın mobil qurğu istehsalçısı "Research in Motion" bundan sonra "BlackBerry" adlanacaq. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bu barədə şirkətin direktoru Torsten Heyns yanvarın 30-da keçirilmiş tədbirdə elan edib.

Tədbir "BlackBerry" aparatları üçün yeni "BlackBerry" əməliyyat sisteminin relizinə həsr edilmişdi. Heyns bildirib ki, şirkətdə hazırda 12 min insan işləyir. 2012-ci ilin yayında "Research in Motion" şirkəti maliyyə çətinlikləri yaşadığına görə 5 min əməkdaşını işdən çıxarmışdı.

Məlumat üçün bildirək ki, şirkət 1999-cu ildən etibarən mobil qurğular istehsal edir. "BlackBerry" "ağıllı" telefonları həm adi vətəndaşlar, həm də korporativ mühitdə populyarlıq qazanıb, lakin son illərdə "iOS" və "Android"-aparatlara edilən təzyiq nəticəsində bazar payı azalıb.

Emil Hüseynov



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024